Norveç – Azərbaycan oyununun vaxtı dəyişdirildi
28.05.2021 , 14:34
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi bir oyunun tarixi dəyişdirilib.
Korner.az xəbər verir ki, Norveç Futbol Federasiyasının UEFA-ya müraciətinə əsasən, Norveç – Azərbaycan oyunu 2022-ci il iyunun 14-də keçiriləcək.
Daha əvvəl qarşılaşmanın bu il iyunun 6-da keçirilməsi nəzərdə tutulurdu.