Avro-2016-nın seçmə mərhələsində iyunun 12-də keçiriləcək Norveç – Azərbaycan matçını iadrə edəcək hakim açıqlanıb.
Korner.az-ın məlumatına görə, Osloda baş tutacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qaşrılaşmanı Polşadan olan hakim Pavel Gil idarə edəcək.
Qeyd edək ki, Pavel Gil Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın “Dnepr”lə ev oyununun da baş hakimi olmuşdu.
