"Həmin gün oyunumuz da çox yaxşı alındı. 15 min azarkeşin dəstəklədiyi rəqibə qarşı oynamaq asan deyil. Amma buna baxmayaraq, biz iki dəfə "Xəzər Lənkəran"ın qapısına yol tapa bildik. "Xəzər Lənkəran"la səfərdə 2:2 hesablı heç-heçə gözəl nəticədi".
Korner.az-ın məlumatına görə, bu sözləri omme Kalyu"nun futbolçusu Kristen Vikmae klubun rəsmi saytına açıqlamasında deyib.
Hücumçu sabahkı oyunla bağklı danışaraq komandasının şanslarını dəyərləndirib:
"Biz rəqibimizlə müqayisədə biz elə də böyük klub deyilik. "Xəzər Lənkəran"ın yaxşı maliyyə imkanları var. Lakin qələbə qazanmaq istəyirik. Çətin səfərdən üzüağ çıxmışıqsa, bunu evdə də bacar bilərik. Oyun ərzində hücumda və diqqətli olsaq, hər şey bizim üçün yaxşı nəticələnə bilər".