Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Nomme Kalyu” oyunundan sonra Estoniya klubunun portuqaliyalı futbolçusu Jorje Rodriges yaxşı oynadıqlarını bildirməklər yanaşı, Bakı “İnter”i ilə qarşılaşan digər eston klubunun – “Trans”ın maddi sıxıntı çəkməsi səbəbilə ağır günlər yaşadığını deyib: “İnter”in qalib gəldiyi komanda heç də yaxşı günlərini yaşamır. Bizimlə onların gücünü müqayisə etmək yersizdi. “Trans” sırf estonlardan təşkil olunub. Maliyyə dayaqları çox zəifdi çünki. Amma bizdə dünyanın bir çox yerinden səviyyəli legionerlər var. Onu da deyim ki, möhtəşəm fanat ordunuz var”
