"Püşk lotoreya kimi bir şeydi. Bu lotoreyada bizə "Xəzər Lənkəran" rəqib oldu". Korner.az-ın yaydığı xəbərə görə, bunu Avropa Liqasında "Xəzər Lənkəran"a rəqib düşən Estoniyanın "Nomme Kalyu" klubunun baş məşqçisi İqor Prins deyib. Çalışdırıcı klubun rəsmi saytına açıqlamasında "Xəzər Lənkəran"ın matçına baxmadan nəsə deyə bilməyəcəyini vurğulayıb:
"Xəzər Lənəran" haqda hələki bir informasiyam yoxdu. Onların oyularının videoyazısına baxmadan konkret nəsə deyə bilmərəm. Lakin buna baxmayaraq uğurlu nəticə qazanmağa çalışacağıq. Mümkünsüz bir şey yoxdu".
Qeyd edək ki, "Nomme Kalyu" bu gün Estoniya çempionatı çərçivəsində növbəti matçına çıxacaq. 15 turdan sonra 40 xalla turnir cədvələinə başçılıq edən "Xəzər Lənkəran"ın rəqibi 16-cı tur çərçivəsində çempionatın zəif komandalarında olan "Krussare" klubu ilə qarşılaşacaq.
