Avroopa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Lənkəranda 2:2-lik heç-heçə edən Estoniyanın "Nomme Kalyu" klubu cavab qarşılaşma öncəsi azarkeşlərinə səslənib. Korner.az-ın məlumatına görə, Lənkəranda 15 min azarkeş qarşısında məğlub olmayaraq Estoniyaya sərfəli nəticə ilə dönən komandalarına dəstək üçün Lənkərandakı ab-hava misal göstərilib. Klubun rəsmi saytında qeyd edilən məlumatda Lənkəranlı fanatların necə çılğıncasına klublarına dəstəkləri estonlara örnək gətirilib.
Sonda: "Komandamız çətin səfərdən üzüağ çıxdı və uşaqlar bu cavab oyununu tarixi matça çevirə bilər" – deyə qeyd olunub.
