Nokauta düşən boksçu vəfat etdi
04.01.2025 , 11:46
Tanzaniyalı peşəkar boksçu Hassan Mqaya rinqdə aldığı zərbələr nəticəsində vəfat edib.
Korner.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.
29 yaşlı idmançı dekabrın 27-də Tailandın Dar-əs-Salam şəhərində həmyerlisi Paul Elias ilə qarşılaşıb. Başına bir neçə güclü zərbə dəyən Hassan 5-ci raundda nokauta düşüb.
O, ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Dekabrın 30-da isə boksçu xəstəxanada vəfat edib.