Ölkə Kuboku

Nizami və Mirhüseyn “Keşlə”dən ayrıldı

29.11.2017 , 12:31

“Keşlə” iki futbolçusu ilə yollarını ayırıb. Bunu komandanın baş məşqçisi Ramiz Məmmədov MOİK-lə kubok oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

O, yarımmüdafiəçilər – Nizami Hacıyev və Mirhüseyn Seyidovun klubdan göndərildiklərini açıqlayıb. Məmmədov bildirib ki, göndəriləcək futbolçuların siyahısına daha bir neçə nəfər əlavə olunacaq.

Nizami Hacıyev yaxın günlərdə “Neftçi” ilə müqavilə imzalayacağını açıqlayıb (qol.az)

Son yazılar

Yuxarı