“Keşlə”nin kapitanı Nizami Hacıyev “Neftçi”yə keçir
Bu barədə təcrübəli yarımmüdafiəçi özü məlumat verib.
Topaz Premyer Liqanın 12-ci turunda “Zirə” ilə keçirilən oyundan (0:1) sonra jurnalistlərə açıqlama verən Hacıyev noyabrın 20-də “Neftçi” ilə müqavilə bağlayacağını deyib.
Qeyd edək ki, N.Hacıyev 2014-cü ildən “Keşlə”də çıxışedir.
