Fransa Liqa 1-də 21-ci tura start verilib.
Korner.az-ın məlumatına görə, turun ilk oyununda “Bastiya” “Nitsa”yla qarşılaşıb. Cari mövsümdə uzun müddət turnir cədvəlinə başçılıq edərək hamını təəccübləndirən “Nitsa” “Bastiya” ilə səfər oyununda ardıcıl 3-cü dəfə xal itirib – 1:1.
Lider “Monako” isə bazar günü meydana çıxacaq. “Knyazlıq klubu” evdə autsayder “Loryan”ı qəbul edəcək.
Fransa Liqa 1, 21-ci tur
20 yanvar
Bastiya – Nitsa 1:1
Qol: Onyanqe, 17 – Suke, 33.
Qırmızı vərəqə: Kayuzak, 64 (Bastiya).
21 yanvar
20:00 Nant – PSJ
23:00 Dijon – Lill
23:00 Mets – Monpelye
23:00 Bordo – Tuluza
23:00 Genqam – Renn
23:00 Kan – Nansi
22 yanvar
18:00 Monako – Loryan
20:00 Sent-Etyen – Anje
00:00 Lion – Marsel
