Topaz Premyer Liqasının ilk turunda “Sumqayıt”la səfər oyunu öncəsi Lənkəranda məşqlərini davam etdirən “Xəzər Lənkəran” bu gün əsas meydanda ikitərəfli oyun keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvəzedici heyətin 5 futbolçusunun da daxil olduğu qarışıq heyət 45 dəqiqə ərzində bir-birinə qarşı mübarizə aparıb.
Əsasən gənc futbolçuların toplaşdığı komanda braziliyalı hücumçu Junior Nildonun qolu ilə məğlub duruma düşsə də, son dəqiqələrdə Ağabala Ramazanovun penalti zərbəsi ilə bərabərliyi saxlaya bilib. Sabah “Xəzər Lənkəran” daha bir belə oyun keçirəcək.
Qeyd edək ki, lənkəranlıların Sumqayıtda oyunu avqustun 4-də olacaq.
