Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” bu oyunda Nikolas Kanalesin xidmətindən yararlana biləcək.
Korner.az-ın məlumatına görə, bombardirlərin yarışında ilk pillədə olan çilili futbolçu “tvitter” səhifəsində də növbəti oyunlarla bağlı kiçik açıqlama yayıb: “Qarşıda bizim üçün çempionluq mübarizəsində həlledici həftədi. Arxayınlaşmamalıyıq”.
Qeyd edək ki, “Qəbələ” ilə oyunda hətta heç-heçə də Kanalesin komandasını çempion edə bilər.