“Sumqayıt”la qarşılaşma çətin olacaq. Çünki səfərdə oynayacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin çilili futbolçusu Nikolas Kanales deyib.
Cənubi amerikalı legioner Topaz Premyer Liqasının XXIV turunun “Sumqayıt”la sabah keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb: “Bundan başqa, “Sumqayıt” gənc futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 3 xal qazanmaq bizim üçün çox vacibdi. Şadam ki, AZAL-la təxirə salınmış oyunda fərqləndim. Qolların davamını gətirməyə çalışacağam”.
Qeyd edək ki, fevralın 24-də AZAL-a qarşı keçirilən matçda qələbə (1:0) qolunu vuran Kanales mövsümdə 5-ci dəfə frəqlənib.
