Topaz Premyer Liqanın fevral ayı üçün ən yaxşı oyunçusunun adı bəlli olub.
Korner.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, “Neftçi”nin hücumçusu Nikolas Kanales fevral ayının ən yaxşı oyunçusu olub.
Qeyd edək ki, PFL və Premyer Liqanın sponsoru olan Topaz tərəfində xüsusi mükafat sabah keçiriləcək tədbirdə veriləcək. Mərasimdə eyni zamanda Topaz Premyer Liqasında fevral ayının ən gözəl qolunun müəllifi də mükafatlandırılacaq. Tədbirdə Azərbaycan çempionatları tarixində vurulmuş 10.000-ci qolun müəllifinə də PFL və Topaz tərəfindən xüsusi mükafat təqdim ediləcək.