big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Milli

Nikola Yurçeviç: “Bəlkə də azarkeş dəstəyi ilə qol vura bilərdik”

25.03.2019 , 21:00

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Litva ilə yoxlama oyunundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Xorvatiyalı mütəxəssis  öncə oyunla bağlı fikirlərini bildirib:

– Maraqlı və gözəl oyun oldu. Oyunun gedişatı çətin idi. Komandam qələbə qazanmaq üçün mümkün olan hər şey etdi. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, komandam ilk hissədə yaxşı futbol sərgilədi. Xorvatiya ilə matçdan sonra komanda yaxşı çıxış etdi. İkinci hissədə dəyişikliklər etdik. Ümumi olaraq, bu gün daha yaxşı komanda idik. İlk matçı nəzərə alsaq, komandanın oyunundan razı qaldım.

– Bu gün nəticə önəmli idi, yoxsa meydandakı oyun?

– Qələbə qazanmaq istəyirdik. Bu, komandaya inam gətirəcəkdi. Ancaq bizim üçün vacib olan nəticə deyildi. Biz futbolçuları görmək istəyirdik. Gördünüz ki, çox futbolçuya şans verdim. Ona görə də nəticədən narazı deyiləm. Futbolçularımı bir çox situasiyalarda görmək istəyirdim. Buna görə həm mövqe, həm də meydançada düzülüş baxımından dəyişiklik etdik. Dediklərimi daha uzun açıqlamaq istəyirəm. Dadaşovu mərkəz, Şeydayevi cinah hücumçusu kimi görmək istədim. Ömər Buludovu da meydana buraxmaq istəyirdim.  Bir neçə dəyişiklik etdiyimiz üçün nəticədən razıyam.

– Rəqib komandanın baş məşqçisi də ilk hissədə yaxşı oynadıqlarını söylədi.

– Mənə elə gəlir ki, ilk hissədə daha yaxşı oynadıq. Qol şanslarımız da real idi. Bir neçə qol epizodumuz oldu. Dəyişikliklər oyunun ritminə təsir göstərdi. Yenə deyirəm, düşünürəm ki, Litvadan daha yaxşı komanda idik.

– Emil Balayevlə Ömər Buludova şans verməməyinizin səbəbi nədir? Pavel Paşayev zədəsinə görə millidən kənarda qalıb?

– Pavel Paşayev zədəlidir. O, yaxşı futbolçudur, ancaq zədəyə görə dəvət edə bilmədim. Nəzəriyyədə bir çox şeylər etmək olardı. Ömər Buludova və Emil Balayevə də şans verə bilərdim. Bu oyunda qələbə qazanmaq, bütün futbolçulara şans vermək və təhlil etmək istəyirdik. Hər şeyi bir oyunda etmək olmur. Son 10 gün mənim üçün çox vacib oldu. Yaxşı atmosfer yaratmışdıq və bu, mənim üçün yaxşı haldır.

– Millətlər Liqasındakı rəqiblər səviyyəsindəki bir neçə rəqiblə heç-heçə etdik. Turnirin adını dəyişsə də, rəqiblərin səviyyəsi eynidir. Bundan başqa, məşqçinin milliyətini də dəyişdik. Başqa nəyi dəyişmək lazımdır?

– Çox çətin sualdır. İndiki məqamda əgər əlindəki şansdan istifadə edirsənsə, qələbə qazanmaq şansın daha yüksək olur.  Biz də şanslardan istifadə etməyə çalışmalıyıq. Bu gün hücumameyilli futbol oynadıq, dəyişikliklər də buna hesablanmışdı, ancaq imkanlardan istifadə edə bilmədik.

– Bayramla əlaqədar tətil günlərindən biri idi. Ancaq tribunada çox az azarkeş var idi. Hansı qənaətə gəldiniz?

– Mən özüm istədrim ki, daha çox azarkeş olsun. əgər bütün tribunalar, ya da azı yarısı dolsa, o atmosferlə daha çox adrenalin yaranardı. Bəlkə azarkeş dəstəyi ilə qol da vura bilərdik. Bəlkə də, hava soyuq olduğu üçün gəlməmişdilər. Bəlkə də, azarkeşlərin stadiona gəlməsi üçün nəticələr yaxşılaşmalıdı. Qarşıdakı rəsmi oyunlarda dah uğurlu çıxış etməli və azarkeşlərdə maraq yaratmalıyıq.

– Federasiya sizi bura AÇ-2020-ə vəsiqə üçün gətirdiyini açıqlamışdı. Sonradan siz başqa fikir bildirdiz. Bu məsələ dəqiqləşibmi?

– Məqsəd odu ki, biz daha yaxşı oynamalı, daha yaxşı oynamağa çalışmalıyıq. FIFA sıralamasındakı durumumuz bəllidi. Ancaq buna söykənmək istəmirik. Macarıstan və Slovakiya ilə oyunlarda qələbə qazanmaq istəyirik. Bu, bizim istəyimizdi. Reallıq başqa cürdü. Hərtərəfli daha yaxşı olmaq istəyirik.

– Premyer Liqa klublarının baş məşqçiləri ilə görüşəcəyinizi demişdiz. “Qarabağ” və “Neftçi”nin düşərgəsində olduz. Dünən isə “Zirə”nin baş məşqçisi hansı futbolçusunun milliyə layiq olması ilə bağlı suala legioner futbolçu İsmayıl Fofananın adını çəkib və bildirib ki, ən azı Azərbaycan adına sahibdi. Sizcə, o, bununla nə demək istəyib?

– Bəli, mən belə demişdim. İki klubda olmaq imkanı qazanmışam. Vaxtımız çox deyildi. Hər iki klubdakı peşəkar iş məni razı saldı. O klublara getməyimizin səbəbi milli oyunçularının əsasən onlardan gəlməsidi. Qarşıdakı dövrdə digər klubların məşqçiləri ilə də danışacam. İkinci məsələyə gəlincə, siz daha yaxşı bilirsiz. Bəlkə də, məşqçi liqada yerlilərdən çox legioner futbolçuların olduğunu diqqətə çatdırmaq istəyib.

Son yazılar

To Top