Niko Uilyams “Barselona”ya keçmədiyinə görə məyusdur – Özünə yeni klub axtarır
23.02.2026 , 15:45
İspaniyalı futbolçusu Niko Uilyams ötən yay “Barselona”ya keçə bilmədiyi üçün məyusluq yaşayır.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, cinah oyunçusu yayda “Atletik Bilbao”dan ayrılmağı və karyerasında növbəti addımı atmağı planlaşdırır.
Onun durumu artıq Avropanın bir neçə böyük klubunun diqqətini çəkib və yay transfer pəncərəsində marağın yüksək olacağı gözlənilir.