Niko Kovaç: “Məğlubiyyəti həzm etmək lazımdır”
14.03.2019 , 12:00

Çempionlar Liqasının 1/8 final mərhələsində doğma meydanda “Liverpul” klubuna məğlub olan “Bavariya” klubunun baş məşqçisi Niko Kovaç oyun sonrası diqqətçəkən açıqlamalar verib:
“Liverpul”u tərifləyən Kovaç onların haqlı şəkildə mərhələ adladığını deyib.
“Liverpul” hər iki görüşdə bizdən yaxşı oynadı. Onlar çox güclü idi. Klopu təbrik edirəm. Haqlı olaraq növbəti mərhələyə keçdilər.”
Qeyd edək ki, 1/4 finalın püşaatma mərasimi martın 15-i keçiriləcək.
