Futbol

Nihat Özdemir: “Bakı bizə ev sahibliyi edəcək”

05.12.2019 , 17:45

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir açıqlama verib.

Federasiya rəhbəri Türkiyə millisinin qrupdakı iki oyunlarının Bakıda keçirilməsi məsələsinə də toxunub:

“Bakı bizə ev sahibliyi edəcək. Orada bizi dəstəkləyən azarkeşlərimiz çox olacaq. AVRO-2020-də yaxşı nəticə əldə edəcəyimizə inanıram. Əsas hədəfimiz qrupdan çıxmaq olacaq”.

Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Son yazılar

Yuxarı