"Beşiktaş"dan ayrılan daha sonra isə futbolu buraxan Nihat Kahveci sabiq klubu "Vilyareal"a qayıdıb.
Korner.az-ın məlumatına görə, 32 yaşlı sabiq futbolçu "sarı dənizaltılarda" aşağı yaş qruplarında məşqçi vəzifəsində çalışacaq. Bu xəbər klubun rəsmi saytına öz əksini taparkən "Kahveci yuvaya qayıtdı" başlığı altında verilib.
Qeyd edək ki, Nihat "Vilyareal"da oynadığı vaxtda çıxdığı 77 matçda 24 qol vurmağa müvəffəq olmuşdu.
