Mövsümün əvvəlində "Milan"a transfer olunan lakin qış transfer pəncərəsində İngiltərənin "Kvins Park Reyncers" komandasına icarə əsasında keçən Taye Tayvo İtaliya təmilçisindən ayrılmaq istəyir.
Korner.az-ın məlumatına görə, icarə vaxtının bitməsinin ardından İtaliyaya dönən nigeriyalı futbolçu Milan şəhərində qalmağa niyyətinin olmadığını bildirib. Futbolçu "Benfika" klubunun onunla maraqlandığını gələn mövsüm portuqaliyada çıxış edə biləcəyini deyib.
