Nigeriya millisinin sabiq baş məşqçisi Stiven Keşi dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, ölümə səbəb kimi ürəktutması göstərilib.
Futbolçu kimi 64 oyunda millinin forması ilə meydana çıxan Keşi 9 qol vurub. Məşqçi kimi isə Toqo, Mali və Nigeriya yığmalarını çalışdırıb. Toqo millisi ilə DÇ-2006-nın final mərhələsinə yüksələn Keşi 2013-cü ildə Nigeriya yığmasına Afrika kubokunu qazandırıb.
