Nigeriya millisinin üzvü ölkəmizdə oynamaqdan imtina etdi
28.01.2019 , 13:29

Qazaxıstanın “Atırau” klubunun futbolçusu Babatunda Adeniyinin ölkəmizdə oynamaq şansı yaranıb.
Nigeriyalı hücumçu paytaxtın “Keşlə” klubundan təklif alıb. Lakin tərəflər arasında danışıqlar müsbət nəticələnməyib. Hücumçu karyerasını Qazaxıstanda davam etdirmək qərarına gəlib.
24 yaşlı hücumçu “İrtış” klubu ilə müqavilə imzalayıb. Nigeriya millisinin üzvü yaxın günlərdə yeni komandasının düşərgəsinə qoşulacaq.
