Nigeriya yığmasının əfsanəvi futbolçusu Rəşidi Yekini 48 yaşında dünyasını dəyişib.
Korner.az-ın “Sovetskiy sport” qəzetinə istinadən verdiyi məlumata görə, yığmanın sabiq hücumçusu ürək çatışmazlığından əziyyət çəkirmiş.
Yekini 70 dəfə millinin formasını geyib, 37 qol vurub. 1993-cü ildə Afrika qitəsinin ən yaxşı futbolçusu seçilib.
Nigeriyada futbola başlayan Rəşidi sonradan Avropaya gedib, Portuqaliyanın “Viktoriya”, Yunanıstanın “Olimpiakos”, İspayniyanın “Sportinq”, İsveçrənin “Sürix” komandalırının da formasını geyib.