2013-cü il Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Nigeriya yığması kuboku başı üzərinə qaldırıb. Bu komanda finalda Burkina Fasoya minimal hesabla qalib gəlib – 1:0. Görüşdə yeganə topu 40-cı dəqiqədə Sandi Mba vurub. Nigeriya yığmasının üzvü Emenike isə 4 qolla komandasının bombardiri olub.
Qeyd edək ki, Nigeriyada fahişəxananın müdiri ölkəsinin çempin olacağı halda onların futbolçularına bir həftə pulsuz xidmət göstərəcəyini demişdi.