Futbol

Niderlandlı müdafiəçi Azərbaycandan təklif alıb?

23.06.2022 , 10:15

Ötən mövsümün sonunda Niderlandın “Sparta” futbol klubundan ayrılan Bart Vrinds Azərbaycandan təklif alıb.

Korner.az-ın məlumatına görə, bu barədə 31 yaşlı müdafiəçinin özü açıqlama verib.

Niderlandlı oyunçu, Kipr, Hindistan və Küveyt klublarının da onunla maraqlandığını bildirib: “Amma təkliflər xoşuma gəlmədi. Ona görə də həmin ölkələrdən heç birinə getmək istəmədim”.

Qeyd edək ki, Bart Vrinds ölkəsində “Utrext” və “Qoiu Ehed İqlz” komandalarının da formasını geyinib.

Son yazılar

Yuxarı