Niderland – Türkiyə matçının hakim təyinatları
04.07.2024 , 13:33

Avro-2024-ün 1/4 finalında keçiriləcək Niderland – Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçın baş hakimi Kleman Turpin olacaq.
Ona həmyerliləri Nikolas Danis və Benjamin Paqes köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Feliks Zvayer (Almaniya) yerinə yetirəcək.
İyulun 6-ı keçiriləcək Niderland – Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
