İngiltərə finalda!
11.07.2024 , 01:00

Avro-2024-də bu gün ikinci finalçı da müəyyənləşib.
Korner.az xəbər verir ki, yarımfinalda İngiltərə və Niderland milliləri üz-üzə gəlib.
Almaniyalı referi Feliks Şvayerin idarə etdiyi görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaret Sautqeyin komandası finalda İspaniya millisi ilə qarşılaşacaq.
10 iyul
Avro-2024
Yarımfinal
23:00. Niderland – İngiltərə – 1:2
Qollar: Xavi Simons, 7, Harri Keyn, 18-pen, Ollie Vatkins, 90+1
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, “Siqnal İduna Park”.
