Niderland – İngiltərə matçının hakim təyinatları
08.07.2024 , 18:30

Avro-2024-ün yarımfinalında keçiriləcək Niderland – İngiltərə oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçın baş hakimi Feliks Zvayer olacaq.
Ona həmyerliləri Ştefan Lyupp və Marko Axmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniel Siebert yerinə yetirəcək.
İyulun 10-da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
