Futbol

Nicatın durumuna aydınlıq gəldi

04.08.2020 , 19:44

Gürcüstan çempionatında VIII turun Batumi “Dinamo”su ilə matçda (0:2) zədələnən Nicat Qurbanovun durumuna aydınlıq gəlib.

Korner.az xəbər verir ki, “Samtrediya”nın üzvünün zədəsi o qədər də ciddi deyil. Qurbanovda əzələ problemi var.

Bu gün tibbi müayinədən keçən futbolçunun 2 həftə yaşıl meydanlardan kənar qalacağı məlum olub.

Nicat sözügedən matçın 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.

Son yazılar

Yuxarı