“Kəpəz”dən ayrılan növbəti futbolçunun da adı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Nicat Qurbanov “sarı göylər”in sıralarını tərk edib. Mövsümün əvvəlində “Zirə”dən heyətə cəlb olunan futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşməyib.
Qeyd edək ki, Nicatdan öncə braziliyalı Dario Frederiko və litvalı qolkiper Tadas Simaitis də Gəncə klubundan ayrılmışdı.
