Neymarın zədəsi ciddidir
30.01.2019 , 18:34

PSJ zədəli futbolçusu Neymarın durumu ilə bağlı məlumat yayıb.
Klubun rəsmi saytında braziliyalı hücumçunun əməliyyat olunmayacağı bildirilib. Ancaq onun zədəsinin ciddi olduğu və bərpa müddətinin az olmayacağı qeyd olunub. “Sambaçı” 2.5 ay yaşıl meydanlardan uzaqda qalacaq.
Xatırladaq ki, Neymar Fransa kubokunun 1/16 finalında “Strasburq”a qarşı matçda zədələnib. Onun sağ ayağında sınıq aşkarlanıb.
