Braziliyalı futbolçu Neymarın Avropada oynayacağı tarix müəyyənləşib. Korner.az-ın məlumatına görə, bu barədə Neymarın çıxış etdiyi "Santos" klubunun prezidenti Luis Alvaro de Oliveira məlumat verib. Klub başçısı Avropa klublarının diqqət mərkəzində olan Neymarın bu qitədə yalnız 2014-cü ildən sonra özünü göstərmək şansı qazana biləcəyini bildirib:
"Neymarın Avropadaoynamaq istədiyini bilirik. Neymarı maddi olaraq da, karyerası cəhətdən də, onu "Santos"da saxlaya bilmərik. Buna gücümüz çatmaz. 2014-cü il Dünya çempionatından sonra Neymar istəməsək də, Avropaya üz tutacaq".
