"Barselona"nın futbolçusu Neymar yenidən gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, futbolçunun dodağında siqaret olan fotoları yayılıb.
Şəxsi "Facebook" hesabında buna aydınlıq gətirməyə çalışan Neymar:
"Dostlar, internetdə gördüyünüz hər şəkilə inanmayın. Mən siqaret tüstüsünü xoşlamıram və çəkmirəm. Amma siqaret çəkənləri də tənqid etmirəm. Bu şəkildəki mənim dublyorum Nikodu", – sözlərini deyib
