PSJ-nin futbolçusu Neymarın Fransa klubundakı maaşının məbləği müəyyənləşib.
25 yaşlı hücumçu yeni klubunda ayına 3 milyon 100 min avro alır. Bu isə o deməkdir ki, braziliyalı oyunçu gündəlik 100 min avro qazanır.
Xəbərdə o da qeyd olunub ki, Fransanın paytaxtı Parisdən 9 km məsafədə yerləşən iqamətgahda yaşayan Neymarən evinin gündəlik kirayəsi 14 min avrodur.
Neymar bu yay “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub.
