Dünya Futbolu

Neymarın cəzası azaldıldı

17.09.2019 , 18:33

CAS PSJ-nin hücumçusu Neymarın apellyasiya şikayətini təmin edib.

Korner.az xəbər verir ki, məhkəmə Neymarın cəzasını 3 oyundan 2 matça endirib. Bu barədə klubun saytı məlumat yayıb.

Futbolçu Çempionlar Liqasının qrup mərhələsində ilk 2 oyunu buraxacaq.

Qeyd edək ki, Neymar ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”lə cavab oyunundan sonra hakimləri təhqir etmişdi.

Son yazılar

Yuxarı