Neymarın “Barselona” arzusu baş tutmayacaq
04.03.2025 , 22:45

Hazırda “Santos”da forma geyinən Neymarla bağlı yeni iddia ortaya atılıb.
Korner.az xəbər verir ki, braziliyalı futbolçunun “Barselona”ya keçməsi gözlənilsə də, bu baş verməyəcək.
Buna səbəb Kataloniya klubunun baş məşqçisi Flikin oyunçunun La Liqa nəhənginə qayıtmasını istəməməsidir.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, mütəxəssisin Neymarın hazırkı performasından razı olmadığı üçün onun “Barselona”ya qayıtmasının əleyhinə olduğu diqqətə çatdırılıb.
