“Barselona”nın braziliyalı futbolçusu Neymara 190 milyon avro təklif olunub.
Korner.az-ın məlumatına görə, təklif katalonların əzəli rəqibi Madrid “Real”ından gəldiyi iddia olunur.
Bu barədə açıqlama verən Neymarın atası klubun adını çəkməsə də, məbləğin 190 milyon olduğunu deyib.
Qeyd edək ki, bugünlərdə Madrid klubunun prezidenti Florentino Peresin braziliyalı hücumçuya illik maaş 35 milyon avro olmaqla 5 illik müqavilə təklif etdiyi söylənilirdi.
