Barselona”nın futbolçusu Neymar Kataloniya klubundan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
Korner.az-ın məlumatına görə, son zamanlar adı “Real”ın transfer siyahısında olduğu bildirilən braziliyalı hücumçu hazırkı klubu ilə yeni müqavilə imzalamağa hazırlaşdığını vurğulayıb:
“Yeni müqavilə ilə bağlı danışıqlar davam edir. “Barselona”da xoşbəxtəm. Burada demək olar ki, istədiyim hər şeyə sahibəm. “Barselona”dan ayrılmağım çətindir. Möhtəşəm klubdayam. Bəzi komanda yoldaşlarım sanki bu dünyadan deyillər. Hələ uzun illərdə “Barselona”da oynayacam. “Barsa” dünyanın ən yaxşı klubudur”.
