Neymardan PSJ-yə sürpriz
02.08.2018 , 16:53

PSJ-nin hücumçusu Neymar komandanın düşərgəsinə qoşulub
DÇ-2018-dən sonra bir müddət istirahət edən braziliyalı futbolçu bu gün Çinə yollanıb. PSJ-nin qaldığı otelə gedən 26 yaşlı forvardı komandanın baş məşqçisi Tomas Tuxel və komandanın digər üzvləri qarşılayıblar.
Qeyd edək ki, PSJ avqustun 4-də Fransa Superkuboku uğrunda oyunda “Monako” ilə üz-üzə gələcək. Qarşılaşma Çində keçiriləcək.
