Braziliya məhkəməsi “Barselona”nın forvardı Neymarın 47 milyon avro dəyərində aktivinə həbs qoyub.
Korner.az-ın məlumatına görə, Braziliya millisinin hücumçusu vergilərdən yayınmaqda şübhəlidi.
Neymardan dövlət xəzinəsinə 16 milyon avro vergi ödəməyi tələb olunur.
Məlumata görə futbolçu “Santos”dan “Barselonaya” keçidi zamanı klubdan aldığı məbləğdən vergi verməyib.
Neymarın transferində real dəyərin gizlədilib, vergi qaçırıldığı iddiasıyla İspaniyada da bir istintaq davam edir. “Barselona” Klubunun həmin vaxtda prezidenti olmuş Sandro Rosell və indiki rəhbər Jozep Maria Bartomeunun mühakimə olunması tələb edilir. (Marca)
