Neymar zədələndi – əməliyyat olunacaq
19.10.2023 , 10:02
Neymar yenidən zədələnib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu millinin Uruqvay ilə oyununda (0:2) sıradan çıxıb.
“Əl-Hilal”ın hücumçusu əməliyyat olunacaq.
31 yaşlı futbolçuya sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.