Neymar yenidən zədələndi
26.11.2025 , 11:25
“Santos”un hücumçusu Neymar bir daha zədə problemi ilə üzləşib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Braziliya A Seriyasının 35-ci turunda “İnternasional”la oyun ərəfəsində sol dizində ağrı hiss edib və matçı buraxıb.
Onun növbəti qarşılaşmada meydana çıxacağı gözlənilsə də, müayinələr zədənin daha ciddi olduğunu göstərib. Bildirilir ki, braziliyalı ulduz bu il artıq yaşıl meydanlara qayıda bilməyəcək.
Neymar cari mövsüm “Santos”da 25 oyuna çıxıb, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədərdir.
Qeyd edək ki, Neymar son iki il ərzində tez-tez müxtəlif zədələr səbəbilə uzun müddət futbolsuz qalıb.