Neymar yenidən “Barselona”da?
07.08.2023 , 10:09

Braziliyalı futbolçu Neymar yenidən “Barselona”ya qayıda bilər.
Korner.az-ın mlumatına görə, “sambaçı” sabiq klubuna qayıtmağa isti yanaşır. Klub prezidenti Laporte də Neymarı yenidən komandada görmək istəyir.
Lakin Kataloniya klubunun baş məşqçisi Xavi Neymarın əvvəlki performansını göstərə bilməyəcəyindən narahatdı.
Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
