Neymar yenə zədələndi
11.02.2021 , 11:47

PSJ-nin ulduz futbolçusu Neymar zədələnib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu Fransa kubokunun 1/32 final mərhələsinin “Kan”la matçında (1:0) zədələnib.
Neymarın son durumu tibbi müayinədən sonra bilinəcək. Neymar, zədəsi yüngül olsa belə fevralın 16-da Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə səfərdə keçiriləcək ilk oyununu buraxa bilər.
