İspaniya La Liqasının 4-cü turunda ötən gecə səfərdə “Levante”ni 5:0 hesabı ilə məğlub edən “Barselona” ciddi problemlə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından olan Neymar sıradan çıxıb.
Braziliyalı forvard sözügedən qarşılaşmada topuğundan zədə alıb və görüşün 51-ci dəqiqəsində Ramireslə əvəzlənib.
