Neymar yaşıl meydanlara nə vaxt qayıdacaq?
08.05.2025 , 16:30

“Atletiko Mineyro” ilə oyunda sol bud nahiyəsindən zədə alan Neymar bərpa prosesinə başlayıb.
Korner.az xəbər verir ki, ulduz futbolçu məşqlərini intensiv olaraq davam etdirir.
Braziliyalı oyunçu may ayının sonlarında “Santos”un sıralarına qoşulacaq.
Digər tərəfdən 33 yaşlı hücumçunun yaxın günlərdə Braziliya klubu ilə müqaviləsini yeniləyəcəyi gözlənilir.
