Braziliyanın
əfsanə futbolçusu Pele “UOL Esporte”yə maraqlı açıqlamalar verib.
Korner.az-ın
məlumatına görə, braziliyalı futbolçu Ronaldo və Neymar haqqında:
“Texnika
cəhətdən Neymar Ronaldodan daha yaxşıdır. Lakin, baş zərbələrində Ronaldo
üstündü. Neymarı baş zərbəsi ilə qol vurarkən görə bilməzsiniz. Baş zərbələri
ilə vurulan qollar önəmlidir”.
Xatırladaq
ki, Neymar bu mövsüm “Barselona”nın heyətində 26 oyuna çıxıb və yalnızca 9 qol
vura bilib.
