Neymar rəsmən Braziliya klubunda
31.01.2025 , 23:39

“Santos” Neymarın transferini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, Braziliya təmsilçisi heyətini 32 yaşlı hücumçu ilə gücləndirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Neymarla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, ulduz futbolçu bir neçə gün öncə “Əl-Hilal”dan ayrılmışdı.
