Neymar PSJ-dən gedir
25.05.2023 , 14:24

Neymar mövsümün sonu PSJ-dən ayrıla bilər.
Korner.az xəbər verir ki, ulduz futbolçu karyerasını İngiltərədə davam etdirmək fikrindədir.
“L’Equipe” yazır ki, “Mançester Yunayted” braziliyalı ulduz üçün PSJ ilə danışıqlara başlayıb.
“Qırmızı şeytanlar” Neymarı heyətinə qatmaqla həm komandanın rotasiyasını artıracaq, həm də komandadakı digər braziliyalı futbolçuların istəklərini yerinə yetirəcək. Xüsusilə braziliyalı yarımmüdafiəçi Kazemiro Neymarın transfer olunmasını istəyir.
Bu mövsüm PSJ-də 29 rəsmi oyuna çıxan Neymar 18 qol vurub və 17 məhsuldar ötürmə edib.
