Neymar: “Peleyə hörmət edirəm, ancaq ona qulaq asmıram”
21.01.2019 , 10:40

PSJ-nin futbolçusu Neymar əfsanəvi futbolçu Pelenin tənqidinə məruz qalıb. Bu barədə “Goal.com” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, Pele Neymarın çox simulyasiya etdiyi və futbol oynamağa daha çox diqqət ayırmalı olduğunu bildirib. Neymar isə buna cavab olaraq: “Pelenin tənqidi? Mənə maraqlı gəldi. Futbolçular pis təsir bağışlayanda tənqid olunur. Dünya çempionatında mənə qarşı kobud oynayırdılar, istədiklərimi edə bilmirdim. Pelenin tənqidinə hörmətlə yanaşıram, amma ona çox zaman qulaq asmıram”, – fikirlərini səsləndirib
Qeyd edək ki, Neymar bir çox futbol mütəxəssisi tərəfindən simulyasi etdiyinə görə tənqid olunub.
